Logistika xidməti

Logistika xidməti

Aztəchizat şirkəti MDB, Şərqi və Qərbi Avropa, Türkiyə, İran, BƏƏ, Çin və s. ölkələr üzrə kompleks yük daşıma (loqistika) xidmətlərini təmin edir.

Aztəchizatın məqsədi müştərilərə yüklərin daşınmasının təşkili ilə bağlı bütün problemlərin həllində yardım etmək və yüklərin maksimum təhlükəsizliyini və qorunmasını təmin etməkdir. Müştərilərin tələb və arzularını maksimum dərəcədə yerinə yetirmək üçün Aztəchizat (Aztəchizat Logistics) şirkəti həmçinin yığma yüklərin daşınması, ölkə daxilində ekspeditor xidmətləri, idxal-ixrac mallarının gömrük rəsmiləşdirilməsinə dair məsləhət xidmətlərini təklif edir. Bu da Aztəchizatın bazarda rəqabətə davamlılığını artırır.

Qısa müddət ərzində Aztəchizat şirkəti bir çox beynəlxalq yük daşıma şirkətləri ilə işgüzar əməkdaşlıq və agentlik münasibətləri yaratmışdır. Aztəchizat şirkəti əldə etdiyi nailiyyətlərlə kifayətlənmir, zamanın tələbləri ilə hesablaşır və nəqliyyat biznesinin inkişafı zamanı baş verən dəyişiklikləri izləyir. Aztəchizatın mütəxəssisləri hər bir müştəriyə fərdi qaydada yanaşır, dil baryerini aşmaqda onlara yardım edir, bütün lazımı sənədləri peşəkarcasına hazırlayır və yüklərin vaxtı-vaxtında toplanaraq daşınmasını təmin edir.

Aztəchizatın daimi müştəriləri arasında Omax, Ecopark MMC, Azqida Co MMC və digərlərini qeyd etmək olar. Yük daşıma bazarında uzunmüddətli iş, işlərin dəqiq təşkili, geniş agent şəbəkəsi və işçilərin yüksək peşəkar səviyyəsi müştərilərin istənilən yüklərinin daşınmasını təmin etməyə, habelə daşınmanın vaxtı-vaxtında aparılmasına, yüklərin qorunmasına, eləcə də daşıma və yükləmənin bütün mərhələlərində izlənməsinə zəmanət verir.