Haqqımızda

Haqqımızda

Aztəchizat 2011-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yaranmışdır. Zaman keçdikcə daha da inkişaf edərək, hal-hazırda ən geniş xidmət portfoliosu ilə fəaliyyət göstərdiyi bazarda liderlik edir.

Aztəchizatın güclü bünövrəyə sahib olmasının əsas səbəbi müştəri və işçilərinin qurduğu sıx əlaqələrdir. Aztəchizat istehlakçıların tələblərini və ehtiyaclarını daha yaxşı başa düşür və məhsul və xidmətlərini bu amillər əsasında inkişaf etdirir.

Aztəchizat müştərilərin istəklərini nəzərə alaraq, xidmət portfoliosunu daha da genişləndirir. Aztəchizat biznesinizə gərək ola biləcək hər məhsul və xidməti bir məkanda toplayır ki, Siz vaxtınıza və pulunuza qənaət edə biləsiniz. Effektiv və təkmərkəzli mənbə üsulu vasitəsi ilə Siz lazım olan məhsullarınızı və xidmətlərinizi bir məkandan əldə edə bilərsiniz. Bu tədarükçü sayını azaldır və eyni zamanda biznes effektivliyini olduqca artırır.

Aztəchizat sifarişlərin çatdırılmasında da olduqca uğur qazanmışdır. Sahib olduğu kiçik ölçülü yükdaşıma maşınları istənilən istiqamətə çox qısa bir müddətdə sifarişləri çatdıra bilir. Bu da Aztəchizatın müştəri tələblərinə olduqca tez cavab verməsinə imkan yaradır.

Aztəchizat Sizləri etibarlı, sərfəli və yüksək keyfiyyətli xidmətlə təmin etmək üçün daim çalışır və Sizi məmnun edə biləcək daha səmərəli yollar axtarır.