Təchizat Sistemi

Təchizat Sistemi

        Təchizat sistemində avadanlıqların keyfiyyəti əsas ünsür hesab olunur. Bu baxımdan alıcılar keyfiyyətinə görə fərqlənən təchizat şirkətlərini seçirlər. Strategiyalarını keyfiyyətli təchizat ilə bütünləşdirən şirkətlər məhsul, vaxt və ya xidmət üzrə üstünlük əldə edirlər. Müasir dövr şirkətlərinin əsasən təchizat sisteminə yönlənmələri ticarət bazarında görülən bəzi xüsusi dəyişikliklərin nəticəsidir. Bunlardan ən əsası, xüsusi ilə, maliyyə vəsaitlərinin azaldılması və vaxta qənaət etmək üçün əlavə qaynaqların araşdırılmasında yeni və fərqli vasitələri tədarükçülərinə doğru yaymağa başlamalarıdır.         Ötən 10 il ərzində şirkətlər daxili strukturlarında keyfiyyətin ümumi idarəsi , iş vaxtının yenidən təşkili və xərcləri minimuma endirilməsi kimi bəzi vacib məqamları optimallaşdırmaq və yüksək səviyyəli xidmət təklif etmək məqsədilə keyfiyyətli təchizat təminatı fəaliyyətini tətbiq etməkdədirlər. Daxili maliyyə xərclərinin azaldılması və vaxta qənaət üzrə həyata keçirilən planlar öz nəticəsini göstərdiyi zaman günümüzdə göstərdiyi xidmət üzrə liderlik edən şirkətlər eyni idarəetmə və texnologiyadakı yenilikləri öz təchizat sistemlərində tətbiq etməyə başladılar. Buradakı əsas məqsəd, təchizat sisteminin əhatə etdiyi logistika, anbar, avadanlıq, müştəri idarəçiliyi, məhsul istehsalı və maliyyə xərcləri kimi bütün sahələrdə baş verən itki sərfiyyatının aradan qaldırılmasıdır.