Tikinti Təchizatı

Tikinti Təchizatı

        Müasir həyatın tələbinə görə gündən günə inkişaf edən tikinti təchizatı bazarı ən son texnologiya məhsullarını təchiz etməyə çalışır. Yerli bazarda tikinti təchizatı üzrə liderlik edən şirkətlər ilk olaraq, təchiz etdiyi tikinti avadanlıq və məhsullarının keyfiyyət və təhlükəsizliyinə diqqət yetirir. Bu nəzarət müştəri məmnuniyyətini üstün tutmaq demekdir. Alıcıların ehtiyaclarına görə təchiz olunan məhsullar həm yerli, həm də xarici bazar məhsulları ola bilər. İnsan həyatının təhlükəsizliyi faktoru üçün tikinti avadanlıqlarının təhlükəsiz və uzunömürlü olması ən vacib ünsürdür. Buna görə də seçilən məhsullar keyfiyyət baxımından dəfələrlə yoxlanılır və daha sonra alıcıya təqdim edilməlidir. Təchizat şirkətləri alıcıları quraşdırıldığı yerə və məkana görə, eləcə də ehtiyaclara və münasib qiymətə görə ən müasir texnologiya avadanlıqları və məhsulları ilə təmin etməli və istənilən hallarda təmin etdiyi avadanlıq və məhsullara zəmanət verməlidir.